Türkiyə Müdafiə Nazirliyi PKK/YPG/PYD terror təşkilatının Suriyanın şimalında qondarma seçki cəhdləri ilə bağlı xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, nazirlik Türkiyənin belə bir avantüranı qəbul etməyəcəyini bildirib.
Açıqlamada Prezident Rəcəb Tayyib Ərdoğan və müdafiə naziri Yaşar Gülərin məsələ ilə əlaqədar açıqlamalarına diqqət çəkilib.
“Prezident və müdafiə naziri lazımi xəbərdarlıqları edib. Bu qondarma seçkilər tamamilə ləğv edilməlidir. Belə bir vəziyyəti qəbul etmək mümkün deyil”, - nazirlik bildirib.
Qeyd edək ki, bundan əvvəl terrorçular iyunun 11-də Şimali Suriyada keçirməyi planlaşdırdıqları qondarma bələdiyyə seçkilərini təxirə salıblar.
Rəsmi Ankara bunun mümkün ağır nəticələri barədə həm terror təşkilatı, həm də ona dəstək verən ölkələrə sərt xəbərdarlıq edib. Ankaraya görə, ilk məqsədləri bölgədə “muxtariyyət” olan PKK və dəstəkçi ölkələrin uzunmüddətli hədəfləri Türkiyə yaxınlığında terror dövləti yaratmaqdır. Planın müəllifinin ABŞ-nin Yaxın Şərq üzrə xüsusu nümayəndəsi Bred Makqurk olduğu bildirilir.