Polşa hökuməti Belarusla sərhəddə bufer zonasının qaytarılması ilə bağlı qərarı təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk jurnalistlərə açıqlamasında deyib.
“Biz Belarusla sərhəddə xüsusi zona ilə bağlı qərarı təsdiqləmişik”, - o bildirib.
Baş nazirin sözlərinə görə, bu zonanın uzunluğu onlarla kilometr, dərinliyi isə bəzi ərazilərdə 200 metrdən 2 kilometrə qədər olacaq.