17 İyun 09:06
268
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Kolorado ştatında iki mühərrikli təyyarə qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, insident Denverdən təxminən 65 km cənubda Larkspur şəhərciyinin yaxınlığında baş verib.

Bildirilib ki, kiçik ikimühərrikli “Tecnam P2006T” təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb.

Hər iki zərərçəkən xəstəxanaya yerləşdirilib.


Müəllif: Teleqraf.com