26 İyun 01:49
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna 90 rus əsiri Rusiyaya qaytarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Ukrayna tərəfi ilə aparılan danışıqlar nəticəsində “90-90” formatında mübadilə haqqında razılıq əldə olunub. Eyni zamanda, Ukrayna hərbçiləri artıq Kiyevə köçürülüb.

Rusiya Müdafiə Nazirliyi onu da əlavə edib ki, danışıqlarda Birləşmiş Ərəb Əmirlikləri vasitəçi qismində çıxış edib.
Əsirlikdən qayıdanlar müalicə olunurlar.


Müəllif: Arzu

Oxşar xəbərlər