26 İyun 20:10
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) və Qırğızıstan genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə AB-nin bəyanatında deyilir.

Bu, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün mühüm məqamdır. Saziş siyasi dialoqun gücləndirilməsi və bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün yeni hüquqi baza yaradacaq. Xüsusilə, söhbət ticarət və investisiya, innovasiya, təhsil, ətraf mühit, qanunun aliliyi, insan haqları və vətəndaş cəmiyyəti ilə işdən gedir. Qırğızıstanı yaxın tərəfdaşlarımız arasında görməkdən məmnunuq”, - AB bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu