29 İyun 00:57
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstismardan çıxan Rusiya müşahidə peyki "Resurs-P"in qalıqları Beynəlxalq Kosmik Stansiya üçün təhlükə yarada bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələri Komandanlığı açıqlama yayıb.

ABŞ Milli Kosmik Agentliyi (NASA) bildirib ki, iyunun 26-sı Beynəlxalq Kosmik Stansiyanın hündürlüyünə yaxın yüksəklikdə peykin parçalanmasından sonra ekipajlara "standart ehtiyat tədbiri olaraq öz kosmik gəmilərində sığanmaları" tapşırılıb.

"Missiya nəzarəti mərkəzi dağıntıların uçuş yolunu izləməyə davam edib və təxminən bir saatdan sonra ekipajlara gəmiləri tərk etmək icazəsi verildi və stansiya normal fəaliyyətini bərpa etdi", deyə məlumatda qeyd olunur.

Hazırda insidentlə bağlı birbaşa təhlükə yoxdur, lakin qalıqlara nəzarət davam etdiriləcək.


Müəllif: Arzu

Oxşar xəbərlər