29 İyun 01:23
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə unikal ev tikən Serkan Topal üzərində çalışdığı yeni evini tamamlayıb.

Teleqraf.com xəbər verir ki, Serkan Topal evini gəmi materiallarından hazırlayıb.

Topal ailəsi təbiət qoynunda 1800 kvadratmetrlik ərazi alsalar da, imkansızlıqdan orada ev tikə bilməyiblər. Serkan Topal xəyalındakı evi tikmək üçün qohumlarının etirazlarına qulaq asmayaraq, İzmirin Əliağa qəsəbəsindəki gəmisökmə meydançasına üz tutub.

Evin tikintisi 3 ilə başa çatıb. Serkan Topal bildirib ki, ümumilikdə evin tikintisinə 850 min lirə xərcləyib. Gəminin tik ağacından qapı, taxta pilləkənlər hazırlanıb.

İkinci əl və əntiq əşyalara maraq göstərən Serkan Topalın evindəki bütün alətlər antikvar bazarlarından alınıb.

"Məqsədim həyat tərzimizi və hekayəmizi əks etdirəcək əşyalara sahib olmaq idi. Toplanan əşyalar həyat tərzimizi və enerjimizi əks etdirir", -deyə S.Topal bildirib.


Müəllif: Arzu