Parisdə parlament seçkilərinin ilkin nəticələrinin elan edilməsindən sonra “Qara blok” hərəkatının üzvləri kafelərin vitrinlərini sındırmağa və yanğın törətməyə başlayıblar.
Teleqraf.com xəbər verir ki, Respublika Meydanında iştirakçılar səsvermənin nəticələrindən narazılıqlarını ifadə edərək antifaşist şüarlar səsləndiriblər. Sonra onlara hərəkatın radikal gəncləri qoşulub. Onlar atəşfəşanlığa və məşəl yandırmağa, daha sonra kafelərin vitrinlərini dağıtmağa və zibil qutularını yandırmağa başladılar.
Polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.
Fransa parlamentinə seçkilərin ikinci turu iyulun 7-nə təyin edilib. Fransızlar ölkə parlamentində maraqlarını təmsil edəcək 577 deputatı seçməli olacaqlar