İsrail və Livan arasındakı gərginlik, Ukrayna-Rusiya arasında davam edən müharibənin uzanması, Çinin Tayvana təzyiqi nəticəsində dünyada müxtəlif yerlərdə gərginlik pik həddə çatıb. İsti qarşıdurmaların artdığı qlobal sistemdə bu günlərdə III Dünya Müharibəsi ssenarisi müzakirə olunmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Eray Güçlüer deyib.
"Hazırda III Dünya Müharibəsi riski var. Dünya istər-istəməz növbəti qlobal müharibəyə doğru gedir. ABŞ iqtisadiyyatının durğunluğu və buna cavab olaraq Çində hasilatın artması qlobal kapitalın Qərbdən Çinə keçməsinə səbəb oldu. Şimali Koreya, Rusiya, Çin və ABŞ arasında İrana qarşı qarşıdurma var. Türkiyənin də çox ciddi hazırlıqları var. Heç kim bizi istəmədiyimiz müharibəyə sürükləyə bilməz. Kiminsə bizə hücum etməsi isə mümkünsüzdür. Türkiyə müharibəyə getməsə, gələcək dövrdə qurulacaq qlobal sistemin əsas aktyorlarından biri olacaq. Türkiyə üçün böyük bir risk görünmür", - analitik bildirib.