Ukrayna mövcud şərtlər altında Rusiya ilə sülh danışıqlarına getməməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun “Belarus” Alayının komandiri Pavlo Şurmey deyib.
“Əgər Qərb bütün gücü ilə kömək etsə, Ukrayna yüz faiz ayaqda dura bilər. Mövcud xətt üzrə danışıqlara getsək, beş-on il sonra Rusiya yenidən gücünü toplayacaq və Ukraynanı özündən asılı vəziyyətə salmağa çalışacaq”, - alay komandiri vurğulayıb.