11 İyul 23:31
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putin ABŞ-ın qablaşdırma şirkəti "Silgan Holdings"in Rusiyadakı aktivlərinin müvəqqəti olaraq yerli hökumətə verilməsi ilə bağlı fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, bundan sonra şirkətin Stupin və Enem şəhərlərindəki obyektləri Federal Əmlak İdarəetmə Agentliyi tərəfindən idarə olunacaq.

Rusiyanın qərb şirkətlərinin aktivlərinə qəyyumlar təyin etməsi sanksiyalara cavabdır.

Qeyd edək ki, baş ofisi ABŞ-da yerləşən "Silgan Holdings" dünyanın aparıcı qablaşdırma şirkəti hesab olunur.


Müəllif: Arzu

Oxşar xəbərlər