ABŞ-da yerləşən "Disneyland" əyləncə parkının əməkdaşları tətilə başlayır.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, 14 min işçi iyulun 19-da tətilə başlayacaqlar.
Tətilə səbəb əyləncə parkının işçilərinin istirahət günlərinin azaldılması, aktyorlarla ədalətsiz müqavilələrin imzalanmasıdır.
Qeyd edək ki, məşhur əyləncə parkı 1955-ci ildən fəaliyyət göstərir.