Rusiyanın İrandakı diplomatik nümayəndəliyi Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı paylaşım edib.
Teleqraf.com bu barədə Rusiya səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Azərbaycanın İranda səfirliyinin fəaliyyətinin bərpası münasibətilə azərbaycanlı dostlarımızı və həmkarlarımızı səmimi qəlbdən təbrik edirik!” - paylaşımda qeyd edilib.
Xatırladaq ki, iyulun 15-də Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib.