İsrail ABŞ ilə birlikdə Yaxın Şərqdə “İranın terror oxu ilə toqquşmada” qalib gələcək.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Konqresinin Senat və Nümayəndələr Palatasının birgə iclasında çıxışında deyib.
Baş nazir konqresmenlərə müraciət edərək, qalib gələcəyinə əmin edib.
Bu, Netanyahunun siyasi karyerasında Amerika konqresmenləri qarşısında dördüncü çıxışıdır. Netanyahu sonuncu dəfə 2015-ci ilin martında Konqresin hər iki palatasının birgə iclasında çıxış edib.
Qeyd edək ki, Netanyahunun çıxışına etiraz olaraq bir qrup fələstinli etiraz aksiyası keçirməyə cəhd göstərib. Etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma olub.