Silahlılar Litani çayının ətrafını boşaltmasa, Livanla sərhəddə “Hizbullah” hərəkatına qarşı döyüşlər güclənəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Livanla daha böyük münaqişənin olacağı ehtimalı yüksəkdir:
“Biz “sükut müqabilində susmaq” düsturunu qəbul etməyəcəyik. Şimaldan təxliyə edilmiş 70 minə yaxın insanımız var və biz onları geri qaytara bilmirik”.
O, yenidən “Hizbullah”dan sərhəddən uzaqlaşmasını tələb edib.
Nazir həmçinin bildirib ki, Qəzza zolağında mümkün atəşkəs sazişinin bağlanması bütün regionda gərginliyin azaldılmasına kömək edə bilər.