Rusiyada həbs edilən ordu generalı Dmitri Bulqakov 2019-cu ildə doğulduğu Kursk vilayətinin Verxneye Qurovo kəndinə avtomobil körpüsü tikdirib .
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, 84 metrlik körpünün tikintisinə 250 milyon rubl xərclənib.
Müdafiə Nazirliyinin rəsmi saytı xəbər verir ki, 2019-cu ildə kəndə hədiyyə etdiyi körpünün açılış mərasiminə generalın özü də gəlib.
Həmçinin Dmitri Bulqakovun xaricdə daşınmaz əmlakı olduğu məlum olub.
Bulqakovun 2017-ci ildən Suriyanın Tartus şəhərində bağ evində yaşayıb.
Həbs edilən general ərəb ölkəsindəki rus hərbçilərin ərzaq təminatını idarə edib. Verilən məlumata görə, həmin dövrdə şəxsi heyətin yeməyi keyfiyyətsiz olub və buna görə də hərbçilər öz hesablarına yemək yeməyə məcbur olub.
Bulqakovun dövründə qoşunlara yüksək qiymətə keyfiyyətsiz qida çatdırılması üçün sistem yaradılıb. Bahalı mal əti ucuz donuz və toyuq əti ilə əvəz olunub.
Qeyd edək ki, ordu generalı Dmitri Bulqakov 2008-ci ildən 2022-ci ilə kimi müdafiə idarəsi rəisinin müavini vəzifəsində çalışıb, o, yeni işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib. Orduda Bulgakov qoşunların təmin edilməsinə cavabdeh idi. 2016-cı ildə Rusiya Qəhrəmanı adına layiq görülüb.