ABŞ prezidentliyinə namizəd Kamala Harris avqustun əvvəlində vitse-prezident seçimini elan edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
CNN qeyd edir ki, yoxlanılan aparıcı namizədlər siyahısına Şimali Karolina qubernatoru Roy Kuper, Pensilvaniya qubernatoru Coşua Şapiro və Arizona senatoru Mark Kelli daxil olmaqda davam edir.
Bundan əlavə, Harrislə yaxşı münasibətdə olan nəqliyyat naziri Pit Buttigieg, həmçinin Kentukki və Minnesota qubernatorları Endi Beşir və Tim Uolz da istisna edilmir.