29 İyul 08:36
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin lideri Mahmud Abbas Türkiyə parlamentində çıxış etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Fələstinin Ankaradakı səfiri Faed Mustafa bildirib.

Diplomatın sözlərinə görə, Fələstin lideri Türkiyə parlamentinin sədrindən parlamentdə çıxış etmək üçün rəsmi dəvət alıb. Hazırda diplomatik kanallar vasitəsilə Abbasın çıxış tarixinin müəyyənləşdirilməsi istiqamətində iş görülür.

Səfir Fələstinin hüquqlarının dəstəklənməsi və qorunmasında Türkiyənin mövqeyini yüksək qiymətləndirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər