İsrailin baş naziri Binyamin Netanyahu da nasist lideri Adolf Hitlerlə eyni aqibəti yaşaya bilər.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Netanyahunun aqibəti soyqırım törətmiş Hitlerin sonu ilə eyni olacaq. Bəşəriyyət Fələstin xalqının tərəfində dayanacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin xalqını dəstəkləməklə insanlığın vicdanının səsinə çevrilib", - nazir bildirib.