30 İyul 21:16
1 728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan LGBT təbliğatına görə Yay Olimpiya Oyunlarının açılışına getməyib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə o, çıxışı zamanı deyib.

Ərdoğan açılışa nəvəsinin sözü ilə getmədiyini deyib:

“Makron məni dəvət etmişdi, gələ biləcəyimi dedim. 13 yaşındakı nəvəm getməməyimi istədi. Səbəbini soruşduqda, orada LGBT səhnəsi olacağını dedi və görüntüləri göstərdi. Mən də “Tamam, qızım getməyəcəyəm” dedim. İnsanları birləşdirməli olan idman tədbiri təəssüf ki, bəşəri dəyərlərə düşmən münasibətlə başladı”.

Ərdoğan bildirib ki, tez bir zamanda Roma Papası Fransiskə zəng edəcək və onunla açılış mərasimi ilə bağlı müzakirə aparacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər