1 Avqust 18:56
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının rəsmi açılışı zamanı yol verilmiş bəzi mənəviyyatsız səhnələrlə bağlı fikrini Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin diqqətinə çatdırıb.

Teleqraf.com bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Türkiyə prezidenti bildirib ki, həmin səhnələr açılış mərasimini izləyən insanları qıcıqlandırıb və sərt reaksiya doğurub.

"İifadə azadlığı və tolerantlıq adı altında insanlıq ləyaqəti tapdanır, dini və mənəvi dəyərlərə lağ edilir və bu, müsəlmanları xristian dünyasından az təhqir etmir. Hamı birlikdə öz səsini ucaltmalı və belə qüvvələrə qarşı ümumi mövqe tutmalıdır.

Dini dəyərlərin Olimpiya oyunlarında mübahisələndirilməsi - mənəvi çöküşün həyəcanlı zəngidir", - deyə dövlət başçısı vurğulayıb.

Ərdoğan qeyd edib ki, Roma Papasının İsraili dəstəkləyən ölkələrlə danışıqlar aparmasının daimi sülhün təmin edilməsi üçün faydalı olacağına inanır.

Papa Fransisk sülh üçün göstərdiyi cəhdlərə və dini dəyərlərin deqradasiyası ilə bağlı nümayiş etdirdiyi həssas münasibətə görə Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər