HƏMAS lideri İsmayıl Haniyənin Tehranda qaldığı qonaq evinə öncədən partlayıcı qurğu yerləşdirilib. Onun ölümünə səbəb də qurğunun işə düşməsi olub.
Teleqraf.com xəbər verir ki, bu barədə "New York Times" adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bomba iki ay öncə qonaq evində gizlədilib. Neşat kompleksində yerləşən qonaq evi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən mühafizə olunsa da, hücumçular onu nəzarətdə saxlayıblar.
Haniyənin qonaq evində qaldığına əmin olan hücumçular partlayıcı qurğunu uzaqdan işə salıblar.
Partlayış o qədər güclü olub ki, binanın divarları qismən uçub.
Haniyə daha öncə də Tehran səfərində bu evdə qalıb.