İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin Həmas hərəkatının nəzarət və silah istehsalı mərkəzini vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə IDF Telegram kanalında məlumat verilib.
İsrail ordusunun məlumatına görə, mərkəz Qəzza zolağının şimalındakı Həmama məktəbi ərazisində yerləşirdi.