Türkiyədə Ayasofya meydanında Fələstinə dəstək mitinqi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ölümündən əvvəl bütün ərəb, islam və dünya ölkələrini Qəzza xalqına və həbsxanalardakı fələstinli məhbuslara dəstək olmaq üçün küçələrə çıxmağa çağırıb.
Sakarya Milli İradə Qeyri-Hökumət Təşkilatları "Qəzzanın səsi, İsmayıl Haniyənin vəsiyyəti" adlı yürüş təşkil edib. Adapazarıdakı Salko Məscidinin qarşısına toplaşan minlərlə insan qol-qola gəziblər.
Yürüş Adapazarı Mədəniyyət Mərkəzinin (AKM) qarşısında yekunlaşıb. İzdiham əllərində Fələstin və Türkiyə bayraqları ilə şüarlar səsləndirərək İsrailə reaksiya verib və yürüşün sonunda Fələstin üçün dua ediblər.