Kursk vilayətində baş verənlərdən ciddi dərs çıxarmalı, düşməni amansızcasına məğlubiyyətə uğradıb məhv eləməliyik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında qeyd edib.
“Baş verənlərdən ciddi dərs çıxarmaq və Baş Qərargah rəisi Valeri Gerasimovun Ali Baş Komandana verdiyi sözü yerinə yetirmək lazımdır - düşməni amansızcasına məğlub edib məhv eləmək lazımdır”, - o yazıb.