Rusiyanın Kursk vilayətinə hücum Kiyevin sülh danışıqlarından imtina etdiyini göstərdi.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri Ali Radanın deputatı Aleksandr Dubinski öz "Telegram" kanalında deyib .
Onun sözlərinə görə, Ukraynanın müttəfiqləri Vladimir Zelenskiyə getdikcə daha çox təzyiq göstərirlər, onu sülh danışıqlarına başlamağa inandırırlar. Amma Rusiya ərazisinə hücum edərək münaqişəni qızışdırmaq Ukrayna lideri üçün əlverişli yol kimi görünür.