11 Avqust 01:00
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Cozef Bayden ən yüksək hökumət postuna yenidən seçilməmək qərarını Respublikaçı Donald Trampın seçkilərdə qalib gəlməsinə mane olmaq istəyi ilə izah edib.

Teleqraf.comxarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bayden müsahibəsində deyib.

“Prezident kimi xidmət etmək şərəfli olsa da, mən hiss etdim ki, ölkə qarşısında bacardığım ən vacib şeyi etməyə borcluyam. Bu, Trampı məğlub etməkdir. İlk namizədliyimi irəli sürəndə özümü keçid dövrünün prezidenti hesab edirdim. Yaşımın neçə olduğunu belə deyə bilmirəm, bunu demək mənim üçün çətindir”, - deyə 81 yaşlı Bayden bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər