ABŞ prezidenti Co Bayden CBS News-a müsahibəsində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın “Amerikanın təhlükəsizliyinə real təhdid” olduğunu bildirib.
“Sözlərimi qeyd edin, əgər o qalib gəlsə... O, Amerikanın təhlükəsizliyinə real təhlükə yaradır. Baxın, biz dünya tarixində dönüş nöqtəsindəyik... Demokratiya uğurun açarıdır”, - ABŞ prezidenti bildirib.
O əlavə edib ki, digər demokratlar onun şansını sarsıtdığı üçün namizədliyini geri götürüb: "Əsas məqsədim Trampın hakimiyyətə qayıtmasının qarşısını almaqdır.
Nümayəndələr Palatasında və Senatdakı bir sıra Demokrat həmkarlarım yarışda onlara zərər verəcəyimi düşünürdülər" deyə Bayden qeyd edib.