12 Avqust 21:58
363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) müvəqqəti işlər vəkili Sten Nerlov Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, avropalı diplomata Ukrayna Silahlı Qüvvələrinin (AFU) vurulmuş pilotsuz təyyarələri ilə bağlı yaranan insidentlə əlaqədar Minskin mövqeyi çatydırılıb.

Bundan başqa S.Nerlova pilotsuz təyyarələrin üzərində Avropa İttifaqı ölkələrindən olan istehsalçıların nişanları barədə xəbərdarlıq edilib.

Departament Avropa İttifaqını “gələcəkdə belə hərəkətlərin qarşısını almaq üçün Ukrayna rəhbərliyinə təsir etmək üçün bütün mümkün tədbirləri görməyə” çağırıb.


Müəllif: Arzu

Oxşar xəbərlər