13 Avqust 01:30
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Rusiyanın 1000 kvadrat kilometrə yaxın ərazisi Ukrayna ordusunun nəzarəti altındadır”.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Aleksandr Sırski Baş Qərargahın iclasında bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski əlavə edib ki, Rusiya öz etdiklərinin cavabını alır:

“Bütün hərbçilərimizə göstərdikləri mətanətə və qətiyyətli hərəkətlərinə görə minnətdarıq”.

Rusiya lideri Vladimir Putin isə hücumu böyük təxribat adlandırıb.

Onu da qeyd edək ki, təhlükəsizlik məqsədilə sakinlər Rusiyanın qərb bölgəsindən təxliyə olunub, daha 59 min nəfərin ərazini tərk etməsi bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər