Rəsmi Moskva Kişinyovu Ukrayna məsələsində neytral mövqe tutmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, Rusiyanın mövqeyi Moldovanın bu ölkədəki müvəqqəti işlər vəkili vasitəsilə çatdırılıb.
Diplomatik nümayəndənin Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunması bir qədər əvvvəl mətbuatda Ukraynaya veriləcək “F-16” qırıcılarının Moldovada yerləşən aerodromlarda saxlanılacağı və Rusiya ərazisinə məhz buradan istiqamətlənəcəyi barədə məlumatların yayılması ilə əlaqədardır.