ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfər edəcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Blinkenin ofisi məlumat yayıb.
Qeyd olunub ki, diplomat bazar ertəsi səhər İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
Bundan sonra o, Misir və Qətərə səfər edəcək.