17 Avqust 23:15
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

"X" sosial şəbəkəsi Braziliyada fəaliyyətini dərhal dayandırdığını elan edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ölkədə senzura məsələləri ilə bağlı ölkənin Ali Məhkəməsinin hakimləri ilə münaqişədir.

Amerikalı sahibkar və X sosial şəbəkəsinin sahibi İlon Mask daha əvvəl Braziliya Ali Məhkəməsinin hakimi Aleksandr de Moraesin istefa verməsini təklif edib. Mask hakimi davamlı olaraq Braziliya konstitusiyasını pozmaqda ittiham edib və sosial şəbəkədən materialların silinməsi ilə bağlı tələblərini dərc edəcəyinə söz verib. Bu ittihamlara cavab olaraq məhkəmə Maska qarşı istintaqın aparılmasına göstəriş verib.

Bununla belə, sosial şəbəkə "X" özü Braziliyada istifadəçilər üçün əlçatan qalacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər