19 Avqust 13:03
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan avqustun 17-də üçüncü onlayn Qlobal Cənub sammitini keçirib. Sammitdə liderlər iqlim dəyişikliyi ilə bağlı narahatlıqlarını, yeni texnologiyaların çağırışlarını gündəmə gətiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, virtual sammitdə BMT-də islahatlara ehtiyacdan da danışılıb:

“Hindistan xarici işlər naziri Subramanyam Cayşankar sammitdən sonra dünyanın çoxqütblüyə doğru irəlilədiyini bildirib. Sammitin əsas mövzu isə “dayanıqlı gələcək üçün Qlobal Cənubun gücləndirilməsi” olub.

Sammitdə ümumilikdə 123 ölkə iştirak edib. Baş nazir Narendra Modi tədbirdə iştirakçıları sentyabrın 22-23-də Nyu-Yorkda keçiriləcək BMT sammitində vahid cəbhədən çıxış etməyə çağırıb. Qlobal Cənub ölkələrinə şərti olaraq Afrika, Latın Amerikası, Karib hövzəsi, Sakit okean adaları və Asiyanın inkişaf etməkdə olan dövlətləri daxildir.

Sammitə Çinin dəvət edilməməsi dəqqəti çəkib. Halbuki Çin Qlobal Cənuba aid ölkədir. Hindistan xarici işlər naziri Çin barədə suala belə cavab verib: “Çin dəvət edilibmi? Xeyr!”.

Hindli diplomat Çinin dəvət edilməsinin səbəbini izah etməyib. Görünür, bunun səbəbi Çinin Qlobal Cənub ölkələrinin qaldırdığı məsələlərə fərqli münasibətidir. Çin özünü onlayn tədbirə qatılan dövlətlərin hamısından güclü hesab edir. Pekin həmin dövlətlərin Çinin maraqları ilə hesablaşması zərurətini vurğulamağa çalışır. Bu isə bölgə ölkələrinin bir çoxunun maraqları ilə üst-üstə düşmür”.

Mərkəzin ekspertlərinin fikrincə, Dehli Qlobal Cənub ideyasının Hindistana məxsus olmasından çıxış edərək, burada Çinin hegemonluğuna imkan vermək istəmir: “Buna görə də Dehli Pekini tədbirə dəvət etməyib. Bu, Çinlə bölgə ölkələri arasındakı fikir ayrılığını daha da dərinləşdirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər