Litva polisi ölkəyə sığınmış Belarus müxalifətçilərini yoxlamaq üçün gücləndirilmiş rejimdə işləyəcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Litva Respublikasının daxili işlər nazirinin müavini Arnoldas Abramaviçyus məlumat verib .
Belarus vətəndaşlarının sığınacaq üçün müraciətləri Belarus kəşfiyyat agentləri tərəfindən sızma təhlükəsi səbəbindən daha diqqətlə yoxlanılacaq.
Litva Daxili İşlər Nazirliyi qaçqın statusu tələb edən Belarus müxalifətinin nümayəndələrini xüsusilə ciddi şəkildə yoxlayacaq.