23 Avqust 00:27
394
12 Punto 14 Punto 16 Punto 18 Punto
Efiopiyanın cənubunda ekstremistlərin silahlı hücumu nəticəsində azı səkkiz polis əməkdaşı və beş mülki şəxs həlak olub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının nümayəndəsi Serafim Dibaba məlumat yayıb.

"Hücumlar avqustun 17-dən etibarən üç gün ərzində Konsol bölgəsinin Seqen rayonunda baş verib. Hücumlar zamanı 8 polis əməkdaşı və 5 mülki şəxs qətlə yetirilib, inzibati binalar, polis bölməsi və konfrans zalı da yandırılıb, tibbi avadanlıqlar və xidməti avtomobillər oğurlanıb",- məlumatda bildirilir. Dibabanın sözlərinə görə, təcavüzkarlar artıq ərazini tərk ediblər.

O əlavə edib ki, qrup bir sıra hücumlar, qətllər və yanğınlar törədib. "Təhlükəsizlik qüvvələri ərazini patrul edir və qalan ekstremistlərə qarşı əməliyyatlar aparır", - Dibaba deyib.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər