24 Avqust 08:12
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Zolingen şəhərində təşkil olunan festival iştirakçılarına silahlı hücum olub.

Teleqraf.com xəbər verir ki, bıçaqlı hücum nəticəsində üç nəfər həlak olub, dörd nəfər xəsarət alıb.

Bıçaqlı şəxsin ərəb əsilli olduğu bildirilir və o, hadisə yerindən qaça bilib.

Qanlı hadisədən sonra şəhər festivalı ləğv edilib. Hadisə yerinə təcili tibbi yardım briqadaları və təhlükəsizlik qüvvələri cəlb olunublar. Polis hadisəni törətdikdən sonra qaçan şəxsin yaxalanması üçün genişmiqyaslı əməliyyat tədbirlərinə başlayıb. Əraziyə 40-dək xüsusi texnika göndərilib.

Əhaliyə təhlükəsizlik tədbirlərinə əməl etmələri, şəhər mərkəzinə getməmələri barədə ciddi xəbərdarlıq olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər