BMT-nin Livandakı Müvəqqəti Qüvvələri və BMT-nin Livan üzrə Xüsusi Koordinatoru “Hizbullah” və İsraili münaqişəni gərginləşdirməkdən çəkinməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat qüvvələrin saytında dərc olunub.
“Biz tərəfləri atəşi dayandırmağa ağırırıq”, - bəyanatda deyilir.
Təşkilat vurğulayıb ki, BMT-nin bütün strukturları regionda gərginliyi azaltmaq üçün bütün tərəflərlə təmasları davam etdirəcək.