28 Avqust 14:07
2 777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin anti-Rusiya sanksiyalarının ləğvi Ukrayna münaqişəsi ilə bağlı sülh sazişinin bəndlərindən birinə çevriləcək.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Engin Özər deyib.

Onun sözlərinə görə, müharibəyə son qoymaq üçün iki ssenari var:

"Birinci seçim Koreya müharibəsində olduğu kimi, qeyri-müəyyən atəşkəslə başa çatacaq və tərəflər nəzarət etdikləri ərazilərdə təsir imkanlarını saxlayacaqlar. Belə olan halda ancaq atəşkəs razılaşması əldə oluna bilər. İkinci variant tərəflərin ərazi bütövlüyünü tanıyan və beynəlxalq səviyyədə tanınmasını təmin edən sülh sazişidir".

Ekspert qeyd edib ki, münaqişənin dondurulması ssenarisini təsvir edən birinci məsələdə Rusiyaya qarşı sanksiyaların ləğvi mümkün olmayacaq: "Çünki heç bir sülh razılaşması yoxdur. İkinci prosesdə isə sülh müqaviləsinin bəndlərindən biri artıq İstanbul müqaviləsinə daxil edilmiş Rusiyaya qarşı məhdudiyyətlərin aradan qaldırılması ola bilər”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər