İsrail ordusu Qəzzadakı münaqişəni digər bölgələrə, o cümlədən İordan çayının qərb sahilinə yaymağa çalışır.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Qəzzadakı qarşıdurmanı digər bölgələrə yaymaq planları var. Benyamin Netanyahu hökuməti odla oynamağa davam edir. Buna səssiz yanaşanların hamısı biabırçılıqla üzləşəcək. Davamlı sülhə aparan yeganə yol müstəqil, suveren Fələstin dövlətinin yaradılmasıdır. Beynəlxalq ictimaiyyət İsraili dayandırmalıdır. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik", - Fidan bildirib.