2 Sentyabr 14:32
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu hücum sürətini saxlasa, yaxın gələcəkdə Donetsk vilayətinin Pokrovsk şəhərinə çata biləcək.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna parlamentinin Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədri, hakim partiyanın deputatı Roman Kostenko deyib.

“Pokrovsk uğrunda döyüş hansı ehtiyata malik olacağımızdan və komandanlığımız tərəfindən hansı qərarların qəbul edilməsindən asılı olacaq. Ümid edirəm ki, düşmən ora buraxılmayacaq. Amma Pokrovska girmək düşmənə baha başa gələcək. Bu, cəbhəyə təsir edəcəkmi? Əlbəttə, bura bizim şəhərimizdir. Bütün cəbhəni dağıdacaqmı? Bununla razı deyiləm, çünki düşmən əraziləri tədricən işğal edir”, - Kostenko bildirib.

Deputat həmçinin əlavə edib ki, Rusiya Pokrovsku ələ keçirə bilsə belə, bu, Moskvanın müharibədə qalib gələcəyi anlamına gəlməyəcək: “Əsas odur ki, gələcəkdə məğlubiyyətə səbəb olacaq fəlakətlər silsiləsi olmasın. İndi əsas odur ki, onu dayandıra bilək”.

Kostenkonun sözlərinə görə, Rusiyanın prioritet məqsədi bundan sonra bütün Donetsk və Luqansk vilayətlərinin ələ keçirilməsi olacaq.

“Putin üçün bu, strateji missiyadır. Hətta buna görə Kursku qurban verir. Kursk əməliyyatı göstərdi ki, rusların xüsusi ehtiyatları yoxdur. Qüvvə və vasitələrini çıxarmır, onun üçün Donetsk və Luqansk Kurskdan daha vacibdir. Çünki indi dayandırılsa, ikinci dəfə işə başlamaq çətin olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər