2 Sentyabr 23:21
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus və Rusiya arasında təhlükəsizlik zəmanəti sazişinin 2024-cü ilin dekabrında imzalanması planlaşdırılır.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri Belarusun xarici işlər naziri Maksim Rıjenkov çıxışı zamanı deyib.

“Bu ilin dekabrında qeyd edəcəyimiz İttifaq Dövləti haqqında müqavilənin imzalanmasının 25-ci ildönümü üçün biz Rusiya ilə təhlükəsizlik təminatlarına dair dövlətlərarası saziş imzalamağı planlaşdırırıq”, - deyə nazir bildirib.

O qeyd edib ki, müqavilədə nüvə və adi silahlardan istifadə prinsipi, eləcə də hər iki dövlətin müdafiəsinin digər üsullarını ortaya qoyacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər