Məhkəmə "Telegram" sosial şəbəkəsinin təsisçisi Pavel Durova 6 ay müddətinə Fransanı tərk etməyə qadağa qoyub.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, Durov bu qərardan sonra Parisin ən yaxşı yerlərində mənzil axtarışına başlayıb.
Pavel Durov avqustun 24-ü axşam saatlarında Paris hava limanında saxlanılıb. İş adamı 12 maddə üzrə cinayətlərdə iştirakda şübhəli bilinir.