8 Sentyabr 18:42
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və onun demokratlardan olan rəqibi Kamala Harris demək olar ki, eyni səviyyədə seçici dəstəyinə malikdir.

Teleqraf.com xəbər verir ki, bunu “The New York Times” qəzeti və Siena Kolleci Tədqiqat İnstitutunun sentyabrın 10-da keçiriləcək debatdan əvvəl apardığı sorğunun nəticələri sübut edir.

Sorğuya görə, Trampı respondentlərin 48 faizi, Harrisi isə 47 faizi dəstəkləyir.

Harris noyabrda keçiriləcək prezidentlik yarışına qərar verəcək yeddi ştatdan üçündə Trampı qabaqlayır. O, Viskonsin, Miçiqan və Pensilvaniyada liderdir. Namizədlər Arizona, Corciya, Nevada və Şimali Karolina ştatlarında da oxşar səviyyədə dəstək alıblar.

Sorğu sentyabrın 3-dən 6-dək 1695 amerikalı arasında aparılıb və 2,8 faiz bəndi səhv nisbətinə malikdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər