8 Sentyabr 23:29
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Los-Ancelesin şərqindəki meşə yanğını nəticəsində minlərlə ev və tikili risk altındadır.

Teleqraf.com xəbər verir ki, yanğın San Bernardino Milli Meşəsinin kənarında baş verib.

Dairə rəsmiləri şənbə günü axşam fövqəladə vəziyyət elan edib. “Həddən artıq temperatur, külək və şimşək yanğının sürətlə yayılmasına səbəb olub”, - deyə mahalın açıqlamasında bildirilir.

500-ə yaxın yanğınsöndürən su tökən helikopterlərin, eləcə də təyyarələrin dəstəyi ilə yanğınla mübarizə aparır.

Milli Meteoroloji Xidmət Los-Ancelesin mərkəzində havanın temperaturunun cümə günü 44 dərəcəyə çatdığını bəyan edib. Bu 1877-ci ildən bəri ən yüksək temperaturdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər