10 Sentyabr 10:21
9 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukrayna ilə mümkün danışıqlar üçün vasitəçilər axtarır.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

ISW xatırladır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə Səudiyyə Ərəbistanında keçirilən Rusiya-Körfəz Əməkdaşlıq Şurasının iclası çərçivəsində braziliyalı və hindistanlı həmkarları Mauro Vyera və Subramanyam Cayşankarla görüşüb.

Lavrov həmsöhbətləri ilə Ukraynadakı müharibəni müzakirə edib. Amma Rusiya Xarici İşlər Nazirliyi təfərrüatları açıqlamayıb.

May ayında Braziliya və Çin əsas prinsipləri Rusiya üçün əlverişli olan altı bənddən ibarət “Ukrayna böhranının siyasi həlli” adlı sülh planını irəli sürüb.

Hindistan Baş naziri Narendra Modi bu yaxınlarda Kiyevə səfər edib və Dehlinin beynəlxalq hüquq prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında Ukraynada sülhün bərqərar olmasını dəstəklədiyini təsdiqləyib.

“Lavrov Rusiyanın Ukrayna ilə xoş niyyətlə danışıqlar aparmaq istəmədiyini göstərən standart Kreml hekayələrini təkrarlayaraq, Ukraynanın sülh formulunu qəbul etmədiklərini bildirib. Onun sözlərinə görə, Rusiya bu planı heç vaxt ciddi düşünməyib”, - məqalədə qeyd olunur.

Rusiya Prezidenti Vladimir Putin də ötən həftə Çin, Hindistan və Braziliyanın Ukrayna ilə mümkün sülh danışıqlarında vasitəçi ola biləcəyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər