11 Sentyabr 10:16
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Məsud Pezeşkianın İraqa rəsmi səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, məlumatı İRNA yayıb.

Bildirilib ki, M.Pezeşkianın Bağdad Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi olub. İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani Məsud Pezeşkianı salamlayıb. Hökumət başçısı və nümayəndə heyəti ilə görüşdən sonra İraq Prezidenti Əbdül Lətif Rəşidlə İran Prezidenti arasında görüş olacaq. Bundan sonra iki ölkənin yüksək səviyyəli nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.

M.Pezeşkianın Nəcəf və Kərbəlanı ziyarət edəcəyi, Bəsrə, Ərbil, Süleymaniyyə şəhərlərinə səfəri planlaşdırılıb.

İran Prezidenti səfəröncəsi açıqlamasında deyib ki, İraqa səfəri islam və qonşu ölkələrlə qarşılıqlı fəaliyyət və əlaqələrin inkişafının, dərinləşməsinin yeni dövrünün başlanğıcıdır. O, İraqda əməkdaşlığa dair müqavilələr imzalayacaq.

M.Pezeşkian deyib ki, İraq İslam dininin mərkəzlərindən biridir və bu ölkə ilə İranı dini, siyasi, iqtisadi, mədəni və başqa sahələr üzrə məsələlər bağlayır: “Bura elm, mədəniyyət ocağı, ruhanilərin səfər etdiyi ölkədir. 14-cü hökumətin (Pezeşkianın başçılıq etdiyi hökumət İran İslam Respublikasının 14-cü hökumətidir - red.) ilk xarici səfərini İraqa etməsi də təbiidir”.

***

İran Prezidenti Məsud Pezeşkian İraqa rəsmi səfərə gedib.

Teleqraf.com xəbər verir ki, bu, Pezeşkianın İran prezidenti seçildikdən sonra xarici ölkəyə ilk səfəridir.

Pezeşkian səfər çərçivəsində İraq Prezidenti Əbdüllətif Rəşid, Baş nazir Məhəmməd Şiya əs-Sudani, eləcə də parlamentin spikeri Möhsin Əl-Mandalavi ilə görüşlər keçirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər