ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqibi Kamala Harris seçkilərdə qalib gələcəyi təqdirdə İsrailin məhv olacağını proqnozlaşdırıb.
Teleqraf.com xəbər verir ki, prezidentliyə namizəd bu barədə "Youtube" kanalında danışıb.
Onun sözlərinə görə, hazırkı vitse-prezident qalib gələrsə, bu dövlət iki il ərzində mövcudluğunu dayandıracaq.
"Kamala Harrisə səs vermək İsrailin məhvinə səs verməkdir" - Tramp deyib.
Tramp seçiləcəyi təqdirdə həm Yaxın Şərqdə, həm də Ukraynada münaqişələrə son qoyacağına söz verib.