19 Sentyabr 17:32
6 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə namizəd Donald Trampın Ukraynada müharibəyə son qoymaq planı dəlilikdir və beynəlxalq münasibətlərin dinamikasını tamamilə məhv edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin Müdafiə Komitəsinin keçmiş katibi, analitik Elliot Uilson deyib.

Sülh planı bir neçə gün öncə açıqlanıb. Tramp planda Rusiya ilə Ukrayna arasında mövcud təmas xəttini “demilitarizasiya zonası” olmasını təklif edir.

Uilsonun sözlərinə görə, bu, Ukraynanı tərk etməyə və Rusiyaya böyük geosiyasi qələbə qazandırmağa hazırlığı göstərir:

“Trampın sülh planı 2014-cü ildə ilhaq edilmiş Krım və hazırda işğal altında olan Ukrayna ərazisinin 20 faizinin Rusiyaya verilməsini ehtiva edir. Mesaj aydındır: qonşu ölkəni işğal etsəniz və hərbi üstünlüyünü qorusanız, Trampın Amerikası bundan məmnun olacaq”.

Bundan əlavə, həmin plana əsasən, Ukrayna NATO-ya üzvlük ərizəsindən imtina etməlidir. Analitikin fikrincə, Ukraynanı belə diplomatik kapitulyasiyaya məcbur etmək münaqişənin hüdudlarından kənara çıxan nəticələrə gətirib çıxara bilər. Bu, NATO-nun Ukrayna qarşısında əvvəllər götürdüyü bütün öhdəlikləri pozacaq, həmçinin alyansın “Açıq qapı” siyasətini tamamilə sarsıdacaq.

“Belə bir addım Amerikanın dünyadakı müttəfiqlərinə siqnal olacaq ki, ABŞ-ın dəstəyinə arxalanmamalıdırlar”, - Uilson qeyd edib.

Analitik Trampın planını Böyük Britaniya və Fransanın Çexoslovakiyanı Nasist Almaniyasına təslim etdiyi 1938-ci il Münxen Müqaviləsindən bəri “bir müttəfiqin ən böyük xəyanəti” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər