ABŞ Hərbi Dəniz Qüvvələri 2027 -ci ilə qədər Çinlə müharibə ehtimalına hazırlaşır.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Liza Françettini Naviqasiya Planı hazırlayıb.
“Bu Naviqasiya Planının iki strateji məqsədi var: 2027-ci ilə qədər Çin Xalq Respublikası ilə müharibəyə hazır olmaq və ABŞ Hərbi Dəniz Qüvvələrinin uzunmüddətli üstünlüyünü təmin etmək” - sənəddə qeyd edilib.
ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərin, sualtı qayıqların və təyyarələrin təmirindəki gecikmələrdən xilas olmağı, donanmanı dron və pilotsuz gəmilərlə tez bir zamanda təchiz etməyi planlaşdırır.